26 fevral 2002-ci il tarixdə Ali Məclis Sədri yanında Naxçıvan Muxtar  Respublikasında  idmanı  inkişaf  etdirmək məqsədi ilə müşavirə keçrilmişdir.  2002-ci ilin əvvəlində Ali Məclis Sədrinin tövsiyəsi ilə yaradılan federasiyalardan biri də Muxtar Respublika Karate-do Federasiyasıdır. Federasiyanın sədri 2016 -cı ildən Ələkbərov Fazil, sədr müavini isə Quliyev Nərimandır.

           05 mart 2002-ci il tarixdə   “Budokan” karate-do idman kulubunun və 10 mart 2002-ci il tarixdə  “İlğım”  karate-do idman kulubunun təsis konfransları keçirilmişdir. “Budokan”    “İlğım” karate-do idman kulubları  28 mart 2002-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və onlara uyğun olaraq 26-2002/İ və 25-2002/İ nömrəli şəhadətnamələr verilmişdir.

            15 mart 2002-ci il tarixdə “Budokan”  və “İlğım” karate-do idman kulublarının iştirakı ilə Naxçıvan MR Karate-do Federasiyası 29 mart 2002-ci il tarixdə Naxçıvan MR Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmiş və ona 27-2002/İ nömrəli şəhadətnamə verilmişdir.   

  Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının muxtar respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən qrupların və qruplarda məşğul olan idmançıların sayı.


1

Naxçıvan şəhəri

1 bölmə

40 uşaq

Naxçıvan şəhər OİK

2

Babək rayonu

2 bölmə

38 uşaq

Məktəb zalı

3

Şahbuz rayonu

1 bölmə

30 uşaq

Məktəb zalı

4

Ordubad rayonu

2 bölmə

78 uşaq

Məktəb zalı

5

Kəngərli rayonu

1 bölmə

45 uşaq

Məktəb zalı

6

Şərur rayonu

5 bölmə

180 uşaq

Məktəb zalı

7

Sədərək  rayonu

1 bölmə

20 uşaq

Məktəb zalı

 

Ümumilikdə Naxçıvan MR Karate-do Federasiyasında 2013-cü ilin II rübünədək 7 rayonda 13 bölmə fəaliyyət göstərir ki, həmin bölmələrdə ümumilikdə 431 idmançı karate-do ilə məşğul olur.

 


   

Dekabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31