2007-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 18 yanvar 2007-ci il tarixdə karate-do federasiyası Şərur rayonunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnir təşkil etmişdir.
  2. 19 fevral 2007-ci ildə Naxçıvan şəhərində Karate-do Federasiyasının 5 illiyinə həsr olunmuş karate-do üzrə çempionat keçirilmişdir.
  3. 12 aprel 2007-ci il tarixdə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında  karate-do federasiyasının idmançısı Şirinov İlkin III yerə layiq görülmüşdür.
  4. 09 may 2007-ci il tarixdə karate-do federasiyası Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr edilmiş karate-do üzrə muxtar respublika çempionatı keçirmişdir.
  5. 15 avqust 2007-ci il tarixdə karate-do federasiyası Culfa rayonunda texniki seminar təşkil etmişdir.
  6. 03 oktyabr 2007-ci il tarixdə karate-do federasiyası Gənclər və İdman nazirliyi ilə birgə İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası  “Ali Məclis Sədrinin Mükafatı” uğrunda karate-do üzrə Muxtar Respublika birinciliyi təşkil etmişdir.
  7. 02 noyabr  2007-ci il tarixdə karate-do federasiyası Ordubad rayonunda “Milli Dirçəliş Günü”nə həsr olunmuş turnir keçirmişdir.
  8. 26 dekabr 2007-ci il tarixdə karate-do federasiyası  Babək rayonuda növbəti texniki seminar təşkil etmişdir.

   

Dekabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31