2006-cı ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 27 yanvar 2006-cı il  tarixdə Karate-do federasiyasının 1 idmançısı Bakı şəhərində keçirilən Milli Karate Federasiyasının təşkil etdiyi karate-do üzrə Azərbaycan çempionatında III  yerə layiq görülmüşdür.
  2. 14 mart 2006-cı il tarixdə karate-do federasiyası  Naxçıvan şəhərində karate-do üzrə  Muxtar Respublika çempionatı keçirmişdir.
  3. 07 may 2006-cı il tarixdə karate-do federasiyası Ordubad rayonunda   Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş karate-do üzrə birincilik təşkil etmişdir.
  4. 17 noyabr 2006-cı il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində “Milli Qurtuluş Günü” nə həsr olunmuş karate-do üzrə turnir keçirmişdir.
  5. 13-17 dekabr  2006-cı il tarixdə Bakı şəhərində AKFA-nın təşkil etdiyi texniki seminar keçirilmişdir. Karate-do federasiyasının idmançısı Əliyev Niyaməddin Cabbar oğlu həmin seminarda uğurla çıxış edərək  II dan qara kəmərə layiq görülmüşdür.
  6. 10 iyul 2006-cı il tarixdə karate-do federasiyasının bir idmançısı Bakı şəhərində uşaqlar arasında  keçirilən karate-do üzrə çempionatda II yerə layiq görülmüşdür.

   

Dekabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31