2005-ci ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

  1. 01 fevral 2005-ci il tarixdə karate-do federasiyasının təmsilçiləri WKF növləri üzrə milli karate federasiyasının təşkil etdiyi XI Azərbaycan çempionatında iştirak etmişdir. Həmin çempionatda 8-9 yaş qrupunda Ənvəroğlu Malik, 10-11 yaş qrupunda Şirinov İlkin, 12-13 yaş qrupunda İbrahimli Fərid, 14-15 yaş qrupunda isə Səfərov Kəramət və Hüseynəliyev Yunis müxtəlif yerlərə layiq görülmüşlər.
  2. 27 fevral 2005-ci il tarixdə karate-do federasiyası Babək rayon Şəkərabad kəndində  “Xocalı  soyqırımı”na  həsr edilmiş turnir təşkil etmişdir.
  3. 14 mart 2005-ci il tarixdə Karate-do Federasiyası Naxçıvan şəhərində texniki seminar təşkil etmişdir.
  4. 28 aprel 2005-ci il tarixdə Karate-do Federasiyası Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 82-ci ildönümünə həsr edilmiş karate-do üzrə  muxtar respublika çempionatı keçirmişdir.
  5. 15 iyun 2005-ci il  tarixdə karate-do federasiyası Ordubad rayonunda uşaqlar arasında  karate-do üzrə respublika birinciliyi təşkil etmişdir.
  6. 27 iyul 2005-ci il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində “Naxçıvan MR Karate-do Federasiyasının Kuboku” adlı karate-do üzrə yarış təşkil etmişdir.
  7. 10 avqust  2005-ci il tarixdə karate-do federasiyası  Culfa rayonunda texniki seminar təşkil etmişdir.
  8. 16 noyabr 2005-ci il tarixdə karate-do federasiyası  “Milli Dirçəliş Gününə” həsr olunmuş turnir keçirmişdir.
  9. 02-03 dekabr 2005-ci il  tarixlərdə Naxçıvan MR karate-do federasiyasının bir qrup idmançısı Bakı şəhərində keçirilən texniki seminarda  iştirak etmişdirlər.


   

Oktyabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
1234567
891011121314
15161718192021
22232425262728
293031