2004-cü ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.
  1. 09 yanvar 2004-cü il tarixdə federasiyanın bir idmançısı AKFA-da imtahan verərək I kyu qəhvəyi kəmərə layiq görülmüşdür.
  2. 28 mart 2004-cü il tarixdə karate-do federasiyası Babək rayon Nehrəm kəndində Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinə həsr olunmuş karate-do üzrə çempionat təşkil etmişdir.
  3. 12-13 aprel 2004-cü il tarixdə Bakı şəhərində karate üzrə keçirilən çempionatda 1 idmançımız Quliyev Nəriman Qurban oğlu II yerə layiq görülmüşdür.
  4. 01 may 2004-cü il tarıxdə karate-do federasiyası Babək rayon Şəkərabad kəndində Ümummilli liderimiz  Heydər Əliyevin 81-ci ildönümünə həsr olunmuş karate-do üzrə  xatirə turniri keçirmişdir.  
  5. 22 may 2004-cü il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində karateçilərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə seminar təşkil etmişdir.
  6. 30 may 2004-cü il tarixdə karate-do federasiyası İlham Əliyev adına Olimpiya İdman Kompleksində karate-do üzrə muxtar respublika çempionatı keçirmişdir.
  7. 19-20 iyun 2004-cü il tarixdə karate-do federasiyası VKF növləri üzrə milli karate federasiyasının təşkil etdiyi Azərbaycan çempionatında iştirak etmişdir. Həmin yarışda 10-11 yaş qrupunda Şirinov İlkin, 12-13 yaş qrupunda Səfərov Kəramət və Masıyev Vüsal III yerlərə layiq görülmüşlər.
  8. 21 avqust 2004-cü il tarixdə karate-do federasiyası Ordubad rayonunun Çənnəb kəndində  karate-do üzrə turnir təşkil etmişdir.
  9. 23-24 avqust 2004-cü il tarixlərdə Naxçıvan Muxtar Respublikası karate-do federasiyasının bir idmançısı Rusiyanın Çelyabinsk  şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmiş və  IV yerə layiq görülmüşdür.
  10. Federasiyamızın təmsilçiləri 02-04 oktyabr 2004 cü il tarixlərdə İran İslam Respublikasının Urmiya vilayətində karate üzrə beynəlxalq yoldaşlıq turnirində 12 idmançımız iştirak etmiş və karateçilərimiz komanda hesabında I yerə layiq görülmüşdür.
  11. 25-26 noyabr 2004-cü il tarixlərdə karate-do federasiyasının 10 idmançısı Bakı şəhərində keçrilən və dünya karate federasiyasının baş təlimatçısı IX dan qara kəmər sahibi Hitoşu Kasuyanın rəhbərlik etdiyi seminarda müxtəlif kəmər dərəcələrinə layiq görülmüşdürlər.
  12. 05 dekabr 2004-cü il tarixdə karate-do federasiyası  Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq yoldaşlıq görüşü təşkil etmişdir.
  13. 10 dekabr 2004-cü il tarixdə karate-do federasiyası Babək rayonunun Yarımca kəndində yeni bölməsini yaratmışdır.


   

Dekabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31