2003-cü ildə Naxçıvan MR Karate-do Federasiyası Karate idman növünün muxtar respublikada inkişaf etdirilməsi məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirmişdir.

  1. 08 mart 2003-cü il tarixdə Karate-do federasiyası Babək rayonunda  federasiyanın bir illiyinə həsr olunmuş birincilik keçirmişdir.
  2. 27 aprel 2003-cü il tarixdə karate-do federasiyası Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin 80 illik yubileyinə həsr edilmiş Muxtar Respublika çempionatı keçirmişdir.
  3. 30 mart 2003-cü il tarixdə Bakı şəhərində keçirilən  Azərbaycan çempionatında 5 idmançımız iştirak etmişdir ki, həmin idmançılarımızdan 1 nəfəri keçirilən tədbirdə 70 kq çəki dərəcəsində  III yerə layiq görülmüşdür.
  4. 03 iyun 2003-cü il tarixdə karate-do federasiyası “Milli Qurtuluş Günü” münasibəti ilə Babək rayon Qoşadizə kəndində karate üzrə  turnir təşkil etmişdir.
  5. 30 noyabr 2003-cü il tarixdə Karate-do federasiyası Ordubad rayonunda İlham Əliyevin Prezident seçilməsi şərəfinə karate-do üzrə təşkil olunmuş  turnirə  təşkilatçılıq etmişdir.
  6. 25 dekabr 2003-cü il tarixdə Bakı şəhərində Texniki seminar keçirilmişdir. Həmin seminarda federasiyamızı 15 idmançı təmsil etmişdir ki, bunlardan da 2 nəfəri I dan qara kəmərə, 1 nəfəri I kyu qəhvəyi kəmərə, 3 nəfəri  III kyu qəhvəyi kəmərə 7 nəfər idmançımız isə 4 kyu narıncı kəmərə layiq görülmüşdürlər.


   

Dekabr 2018
B.e Ç.a Ç. C.a. C. Ş. B.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31