"İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak
edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar.
Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır
və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki,
idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir
vasitə yoxdur."